Rusiyada koronavirusa yoluxanların sayı 17 milyona yaxınlaşır

6 Mart 2022 18:15

Rusiyada son sutka ərzində daha 79 863 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

Bununla da, Rusiyada COVID-19-a yoluxanların sayı 16 941 656 nəfərə çatıb.

Son sutka ərzində 744 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 356 281 nəfərə çatıb.

Milli.Az