Gürcüstanda daha 28 nəfər COVID-19-dan ölüb

6 Mart 2022 17:52

Gürcüstanda ötən sutkada koronavirusa 1 700 yeni yoluxma faktı qeydə alınıb.

Milli.Az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Məlumata əsasən, daha 7 002 nəfər müalicə olunaraq sağalıb, 28 nəfər isə vəfat edib.

Hazırkı dövrədək qonşu ölkədə COVID-19 infeksiyasına 1 625 372 nəfər yoluxub. Onların 1 554 533-ü sağalıb, 16 366-sı isə ölüb.

Milli.Az