Ermənistanda koronavirusdan ölənlərin sayı 8 536 nəfərə çatıb

6 Mart 2022 17:22

Ermənistanda təsdiqlənmiş koronavirusa yoluxma hallarının sayı 421 341 nəfərə çatıb.

Milli.Az bildirir ki, koronavirusdan ölənlərin sayı 8 536 nəfərdir, son sutka ərzində 8 ölüm hadisəsi qeydə alınıb.

İnfeksiyadan sağalanların sayı 406 193 nəfər, müalicə olunanların sayı isə 4 984 nəfərdir.

Aparılan testlərin ümumi sayı 2 916 349 təşkil edir.

Milli.Az