"Mən əfsanəyəm" filminin davamında çəkiləcək.
Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, bu barədə "The Hollywood reporter" məlumat yayıb. Bildirilib ki, 2007-ci il buraxılışının davamında yenidən Hollivud ulduzu Uill Smit rol alacaq. Onunla birgə ekran işində Maykl B.Cordanın da yer alacağı məlum olub.
Həmçinin orijinal filmin ssenari müəllifi və prodüseri Akiva Qoldsman layihədə olacaq. Filmin direktoru hələ təyin edilməyib.
Bununla yanaşı çəkilişlərin və premyeranın başlama tarixi, süjetin təfərrüatları hələlik açıqlanmayıb.
Qeyd edək ki, filmin 2007-ci il buraxılışı dünya üzrə 585 milyon dollardan çox gəlir əldə edib.
Milli.Az