İngiltərə Rusiyadakı vətəndaşlarını ölkəni tərk etməyə çağırdı

5 Mart 2022 22:49

Böyük Britaniya Rusiyada qalması məcburi olmayan vətəndaşlarına ölkəni tərk etməyi şiddətlə tövsiyə edib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə Britaniya Xarici İşlər Nazirliyi məlumat yayıb.

"Rusiyada olmağınız məcburi deyilsə, kommersiya işlərinizi tərk etməyi düşünməyinizi şiddətlə tövsiyə edirik", - məlumatda deyilir.

Qeyd edək ki, fevralın 28-də İngiltərə Rusiyanın Ukraynaya hücumları ilə əlaqədar öz vətəndaşlarına Rusiyaya getməməyi tövsiyə edib.

Milli.Az