Ukrayna sıradan çıxardığı Rusiya texnikasının dəyərini açıqladı

5 Mart 2022 22:44

Müharibə zamanı Ukrayna ordusu Rusiyanın 331,2 milyard rubl və ya 3 milyard dollar dəyərində texnikasını məhv edib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, belə bir hesabatla "Forbes Ukrayna" çıxış edib.

Rusiya ordusunun sıradan çıxarılmış texnikası arasında 33 təyyarə, 37 helikopter, 251 tank və 939 zirehli döyüş maşını  var. Xüsusilə, məhv edilmiş tanklar Rusiyaya 1 milyard dollara, zirehli döyüş maşınları isə 0,6 milyard dollara, təyyarələr və helikopterlər birlikdə 1,1 milyard dollara başa gəlib.

Hansı təyyarələrin vurulduğu hələlik məlum deyil. Rusiya tərəfindən istifadə edilən təyyarələr arasında 11 milyon dollara Su-25, 33 milyon dollara Su-30 və 36 milyon dollara Su-34 var. Ukrayna Silahlı Qüvvələri hər biri 86 milyon dollara başa gələn iki İl-76 təyyarəsini də vurub.

Milli.Az