"iPhone"nin uduzduğu ölkə hansıdır?
13 Mart 2012 21:05
Milli.Az "Gizmodo"ya istinadən bildirir ki, "Apple"nin istehsalı olan "iPhone"un fenomenal popular olduğu ölkələrdən fərqli olaraq, çinlilər "Samsung"a üstünlük verirlər.
Cənubi Koreyanın "Samsung" korporasiyası Çindəki smartfon bazarının 24,3 faizinə nəzarət edir. "iPhone" isə bu bazarın sadəcə, 7,5 faizlik payına malikdir.
"Samsung"un uğurunun başlıca səbəbi 2009-cu ildə Çinin 3 ən böyük mobil rabitə operatoru ilə müqavilə bağlamasıdır.
"China Unicom"un 200 milyon, "China Telecom"un 129 milyon, "China Mobile"ın isə 655 milyon nəfər abonenti var.
"Apple" də bu operatorlarla əməkdaşlıq müqaviləsi imzalayaraq satışlarını artırmağı planlaşdırır.
Milli.Az