Rusiya Ukraynada nəhəng bazanı ələ keçirdi - VİDEO

5 Mart 2022 21:02

Rusiyalı hərbçilər Ukraynanın Xerson vilayətində Ukrayna hərbçilərin mövqeləri tələsik tərk edərkən bütün texnikanı qoyub getdiklərini deyirlər.

Milli.Az Rusiya mediasına istinadən bildirir ki, Rusiya Müdafiə Nazirliyinin verdiyi məlumata görə, ərazisi 7 hektar olan bazadakı qənimətlər arasında ukraynalıların T-64 və T-80 tankları, zirehli transportyorlar, piyadaların döyüş maşınları, "Ural" avtomobilləri var.

Bazadakı anqarda 4500 ton minalar, tank əleyhinə idarə olunan raketlər, minaatan və tank mərmiləri var.

Bazada 4 min hərbçi yerləşdirilə bilər.

Milli.Az