Putin Ukraynadakı hərbi əməliyyatları özü üçün çətin qərar adlandırdı

5 Mart 2022 17:22

Rusiya Prezidenti Vladimir Putin Ukraynada hərbi əməliyyatları özü üçün çətin qərar adlandırıb.

Milli.Az APA-ya istinadən bildirir ki, o, Ukraynanın Donbass bölgəsini blokadaya aldığını bildirib.

"Rusiya Ukraynadakı münaqişəni dinc yolla həll etmək istəyirdi. Donbasa rusca sərbəst danışmaq və öz qaydaları ilə yaşamağa icazə verilməli idi", - vurğulayıb.

Putin hazırkı hakimiyyətin Ukrayna dövlətçiliyinin gələcəyini sual altında qoyduğunu qeyd edib.

Milli.Az