"Aeroflot" bütün beynəlxalq uçuşları dayandırır

5 Mart 2022 16:54

Rusiyanın milli aviadaşıyıcısı - "Aeroflot" şirkəti martın 8-dən Belarusun paytaxtı Minsk istisna olmaqla bütün beynəlxalq uçuşları dayandıracaq.

Milli.Az "report"-a istinadən bildirir ki, məlumata görə, qərarın məqsədi Rusiyaya geri qayıdış reyslərindən istifadənin mümkünsüzlüyü ilə bağlı riskləri azaltmaqdır.

Milli.Az