Belçikalılara yod verilir - Ukraynadakı hadisələrə görə - VİDEO

5 Mart 2022 20:48

Belçikalılar Ukraynada hərbi əməliyyatlar fonunda potensial nüvə insidentindən qorxaraq pulsuz yod həbləri almaq üçün apteklərə üz tutublar.

Milli.Az Euronews-a istinadən xəbər verir ki, şəxsiyyət vəsiqəsi təqdim edildikdə, hər ailəyə bir qutu götürmək hüququ verilir, bu qutuda 10-a yaxın tablet var. 40 yaşdan kiçik bir yetkin 2, çox gənc bir uşaq isə 1/4 tablet qəbul etməlidir.

Aslan Məmmədov
Milli.Az