Cavaxetiyada erməni oyunbazlığı

11 May 2010 09:57
Ermənilərin hər 100 ildən bir həmişə bir millət olaraq başları gicişir. Hər gicişmə prosesində bir hoqqa çıxaran erməniləri isə yekunda ya qulaqlarını kəsirlər, ya da qulaqlarını elə bururlar ki, düz 100 il mələyə-mələyə qalırlar. Deyəsən, həmin zaman çatıb. Bu dəfə gürcülər ermənilərin qulağını ya bərkdən buracaq, ya da dibindən kəsib atacaqlar. Söhbət Cavaxetiyadan gedir. O Cavaxeytiyadan ki, ermənilər artıq orada qudurmağa başlayıblar.

İkinci "Qarabağ" planı

Gürcüstanın Cavaxetiya əyalətində yaşayan ermənilər artıq 10 ildən çoxdur ki, Tiflisin himayəsindən çıxıb, Ermənistanla bir olmağa çalışırlar. Bu məqsədlə illərdən bəri planlar və xəyallar quran ermənilərin cəhdləri hələ ki, uğursuzluğa düçar olur. Amma yenə də bildiklərindən qalmırlar. Bunun üçün onlarla QHT və təşkilat yaradan ermənilərin nə etmək istədiyi isə Tiflisə məlumdur. Hər dəfə də onların qarşısını almaq üçün mümkün imkanlardan istifadə edən Gürcüstan hökuməti deyəsən boğaza yığılıb. Zatən, Abxaziyada ermənilərin separatçılara qoşularaq, Gürcüstana qarşı döyüşdüklərindən xəbərdar olan Tiflisdəkilər bunun Cavaxetiyada da təkrarlana biləcəyinə bir o qədər şübhə etmirlər.

Məsələ burasındadır ki, Qarabağdakı müvəqqəti qələbələrindən sonra bərk həvəslənən ermənilər Gürcüstana da torpaq iddiası edərək, orada ikinci "Qarabağ" yaratmaq istəyirlər. Proseslərin gedişatı da belə göstərir ki, əgər bu şəkildə davam edərsə, Cavaxetiyada erməni-gürcü qarşıdurması baş verəcək. Hərçənd Tiflis hökuməti problemin qarşısını almaq üçün oradakı sosial-iqtisadi məsələləri həll etmək üçün dövlət proqramını qəbul edib. Di gəl, ermənilər özlərini erməniliyə qoyaraq, bunu bəhanə etmələrinə rəğmən, yenə də fəaliyyətlərinə davam edirlər.

Nəzərinizə çatdıraq ki, Cavaxetiyadakı bütün erməni təşkilatlarının iki nizamnaməsi var. Üzdə olan guya, Gürcüstanın tərkibində qalmaqla bölgənin vəziyyətini düzəltməkdən ibarətdir. Arxa planda isə nəzərdə tutulan odur ki, Cavaxetiya Gürcüstan ayrılmalı və Ermənistana birləşdirilməlidir.

Bunun üçün artıq xeyli vaxtdır addım atan ermənilər sözün həqiqi mənasında başgicəlləndirən oyun oynayırlar. Bir tərəfdən Ermənistan hakimiyyətinin dəstəyi, digər tərəfdən isə erməni diasporunun onları qısqırtması əl-ayaqlarını çox açıb. Elə buna görədir ki, son iki ildə kifayət qədər fəallaşan ermənilər ard-arda Tiflisin maraqlarına zidd addımlar ataraq, bölgənin ayrılması üçün hərəkətə keçiblər.

İrəvandan Tiflisə birinci ittiham

Bayaq qeyd etdik ki, Ermənistan hakimiyyəti Gürcüstana da dolayısı ilə torpaq iddiası edir. İkiüzlü ermənilərin bu siyasətində üzdə görünən tərəf odur ki, İrəvan Tiflisin ərazi bütövlüyünü tanıyır. Amma arxa plana gəldikdə isə Cavaxetiyadakı ermənilərə dəstək verərək, onları qızışdırmaqla məşğuldur.

Bu əsnada "Armenian Today" elektron qəzetinin redaktoru Arqişti Kiviryanın silahlı hücuma məruz qalmasını da İrəvan tərəfi gürcülərin üzərinə yıxmaq istəyir. Belə ki, aprelin 30-da yaşadığı evin qarşısında naməlum şəxslərin hücumuna məruz qalan Kiviryana üç dəfə atəş açılıb. Lakin güllələrdən heç biri ona dəyməyib. Düzdür, rəsmi İrəvan məsələ ilə bağlı istintaq aparır və bunun bir nəticə verəcəyini bəyan edir. Amma daldada öz adamlarına tapşırır ki, bu məsələdə Gürcüstanı ittiham edən açıqlamalar versinlər.

Ötən gün yerli partiyalardan bir neçəsi bəyanat yayaraq deyiblər ki, elektron qəzetinin baş redaktoruna hücuma səbəb Cavaxetiya ilə bağlı dərc olunmuş məqalələrdir. Onların iddiasına görə, Kiviryan davamlı olaraq sözügedən bölgə haqqında məlumatlar yayaraq, oradakı ermənilərin hüquqlarını qorumaqla və onların problemlərini qabartmaqla məşğul olub. Həmin partiyaların bəyanatında o da vurğulanır ki, bu işdə kənar qüvvələrin (yəni gürcülərin) əli ola bilər və bu versiya da araşdırılmalıdır.   

İrəvandan Tiflisə daha iki ittiham

Amma məsələ bununla da bitmir. Artıq erməni partiyaları bir qədər də irəli gedərək Gürcüstan hökumətinə qarşı yeni-yeni ittihamlarla çıxış edirlər. Həmin ittihamlardan daha biri də ondan ibarətdir ki, Tiflis hökuməti Cavaxetiyada yaşayan erməniləri guya, mayın 30-da keçiriləcək bələdiyyə seçkilərində iştirakını əngəlləmək istəyir. "Erekir" İttifaqının rəhbərlərindən biri Sevak Arsruni bəyan edib ki, Cavaxetiya və Axalkalakidəki ermənilər artıq öz namizədlərini müəyyənləşdiriblər. "Lakin Gürcüstanda hakimiyyətin siyahısına düşmədən seçilmək mümkün deyil. Cavaxetiyadakı erməni namizədlər isə hakimiyyətin siyahısına daxil deyillər və buna görə də, onlara təzyiq göstərilir".

Sevak Arsruni bununla işini bitmiş saymayıb, növbəti ittihamını səsləndirib. O iddia edib ki, bunun ardından Gürcüstan hakimiyyəti ikinci mərhələyə start verəcək. "Gürcüstan hakimiyyəti istəyir ki, Cavaxetiya və Axalkalakidəki erməniləri oradan deportasiya etsin. Artıq bunun ilkin mərhələsi başlayıb. Bunun qarşısını almaq üçün Ermənistan hakimiyyəti hərəkətə keçməlidir".

Ermənilər 2006-cı ildə iğtişaş salan zaman kütləyə güllə atmış polis rəisi Samvel Petorsyanın oğlunun da günahsız olduğunu iddia edirlər. Belə ki, Arsruni bununla bağlı deyib ki, guya, "zavallı" gənc heç kimə güllə atmayıbmış və gürcü hökuməti Cavaxetiyadakı ermənilərin gözünü qorxutmaq və oradakı ermənilərə vəzifə verməmək üçün bu bəhanəni uydurub. "Samvel Petrosyanın oğlu Axalkalakidə heç kimə güllə atmayıb. Onu günahsız yerə həbs ediblər. Gürcüstan hakimiyyəti isə bunu əlindən əsas tutaraq bölgədəki erməniləri silahlanmış kimi göstərməyə çalışır və onları vəzifələrdən uzaqlaşdırmaq istəyir".

Diaspor burnunu məsələyə soxur

Təbii ki, bütün işlərin içindən yekunda erməni diasporunun barmağı tapılmalıdır. Elə Cavaxetiya məsələsindən də diasporun barmaqları görünməkədədir. Belə ki, ötən gün Ermənistan Daşnaksütun Partiyası Gürcüstanda 30 mayda keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı Avropa İttifaqının Cənubi Qafqaz üzrə nümayəndəsi Piter Simenbiyə, habelə Avropa Şurasının komissarı Tomas Hammerberqə müraciət ünvanlayıb. Həmin müraciətdə deyilir ki, Gürcüstan hökuməti Cavaxetiyada yaşayan ermənilərin yerli özünüidarəetmə orqanlarına seçilməsini əngələmək istəyir və bunun qarşısını almaq üçün ora güclü mühahidə missiyası göndərməlidirlər.

Şübhəsiz ki, erməni diasporu bununla da kifayətlənməyib. Ardından daha bir addım atmağa başlayıb. Gürcü mənbələrinin yaydığı məlumata görə, diaspora Cavaxetiyadan namizəd olan erməniləri, habelə orada fəaliyyət göstərən erməni təşkilatlarını maliyyələşdirməyə başlayıb. Bunun nə anlama gəldiyi barədə qısa şərhlər verən gürcülar vurğulayırlar ki, ermənilər gec-tez bölgəni münaqişə ocağına çevirəcəklər. Onların rəyinə görə, Cavaxetiyadakı erməni təşkilatlarının son dövrlər fəallaşması da məhz həmin maliyyə yardımı ilə bağlıdır. Rəsmi Tiflis isə hələlik bu barədə susmağa üstünlük verir.    
 
Onu da qeyd edək ki, erməni diasporu Cavaxetiyadakı vəziyyəti gərginləşdirmək məqsədi isə növbəti addımını atmağa hazırlaşır. Erməni mətbuatının yaydığı məlumata görə, mayın 15-də Lion və Nyu-Yorkda erməni diasporunun nümayəndələri Cavaxetiyadakı ermənilərə dəstək məqsədi ilə aksiya keçirməyə hazırlaşır. Həmin aksiyanı keçirməyi nəzərdə tutan təşkilatların iddiasına görə, guya, Saakaşvili hakimiyyəti sözügedən bölgədə yaşayan erməniləri siyasi baxışlarına görə təqib edir və onların azadlıqlarını məhdudlaşdırmaqla məşğuldur.

Beləliklə, ermənilər dörd bir yanındakı dövlətlərin hamısına torpaq iddiası etməkdə davam edir. Azərbaycandan dünya dövlətlərindəki erməni diasporunun əliylə Qarabağı qoparmağa müvəqqəti nail olan haylar, həmin planı Gürcüstanda həyata keçirməyi planlaşdırırlar. Bu şəkildə davam edərsə, yenidən kiminsə qulağı kəsiləcək. Amma tarixə baxdıqda həmişə ermənilərin qulağınını kəsildiyinin şahidi oluruq ki, bu da yenidən gec-tez baş verəcək. Adətən adamın (erməniləri adam olaraq qəbul etmək bir qədər çətindir -müəl.) iki qulağı olur. Onun birini türklər, digərini də gürcülər kəsərsə, növbəti proseslərdə görəsən, digərlərinə nə qalacaq?

Fikrət Fəraməzoğlu
Milli.Az