Rusiyada ən məşhur brendlər bağlandı

5 Mart 2022 16:06

"Kering" şirkəti Ukraynadakı hərbi əməliyyatlarla bağlı Rusiyada butiklərini bağlayıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bununla bağlı bəyanat şirkətin instaqram sosial şəbəkəsindəki rəsmi səhifəsində yerləşdirilib.

Qeyd edək ki, 1962-ci ildə yaradılan Kering qrupu fransalı milyarder Fransua Pinoya məxsusdur və "Gucci", "Yves Saint Laurent", "Bottega Veneta", "Balenciaga", "Alexander McQueen", "Brioni" və başqa dəbdəbəli brendləri özündə birləşdirir.

Milli.Az