Martın 4-də Pakistanın Peşaver vilayətindəki partlayışa görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb.
Milli.Az "report"-a istinadən bildirir ki, bu barədə terror təşkilatının feysbuk səhifəsində yazılıb.
Qeyd edək ki, ötən gün cümə namazında törədilən partlayış nəticəsində 57 nəfər ölüb, 200-ə yaxın adam yaralanıb.
Milli.Az