Azərbaycan Belarusla oynamayacaq

5 Mart 2022 11:36

19 yaşadək futzalçılardan ibarət Avropa çempionatının seçmə mərhələsində iştirak edəcək Azərbaycan millisinin yer aldığı qrupun oyunlarının təqvimində dəyişiklik edilib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Belarusun müvafiq yaş qrupundan ibarət yığma komandası Xorvatiyada təşkil olunacaq mini-turnirdə iştirak etməyəcək.

Nəticədə 7-ci qrupda final mərhələsinə yüksəlmək hüququ verən bir vəsiqə uğrunda 3 komanda - Azərbaycan, Xorvatiya və Latviya yığmaları mübarizə aparacaq. Komandamız ilk oyununu martın 17-də Xorvatiyadan, növbəti görüşünü isə ertəsi gün Latviyadan olan yaşıdlarına qarşı keçirəcək.

17 mart
20:00. Azərbaycan - Xorvatiya
Karlovac şəhəri. "Mladost Arena"

18 mart
20:00. Latviya - Azərbaycan
Karlovac şəhəri. "Mladost Arena"

Milli.Az