“Musiqiçilər acından öldü”

5 Mart 2022 09:42

"Görülən bütün tədbirlərdə yumuşalmalar olur, lakin sənət dünyasının səsi kəsilməyə davam edir. Niyə belədir? Musiqiçilər acından öldü".

Milli.Az olay-a istinadən xəbər verir ki, bu sözləri sosial şəbəkə hesabında türkiyəli müğənni Gülben Ergen qeyd edib.

O, ölkəsində restoranlarla bağlı tətbiq olunan qadağadan narazılığını dilə gətirib:

"Onlar evlərindən çıxdılar! Övladlarına baxmaqda çətinlik çəkdilər!

Yaşamaq üçün hayqırırlar! Dözənlər də oldu, bacarmayanlar da.

Gecə 12-də səhnəm bitir. Amma o saatda səhnəyə çıxan həmkarlarım və dostlarım var! Musiqinin səsi kəsilə bilməz. Onun üçün vaxt məhdudiyyəti yoxdur.

Bu, səhnədən dolanışıq əldə edən minlərlə ailənin çörək pulu ilə oynamaqdır.

12-də musiqinin səsinin kəsilməsi  təzyiqdir. Görmədiyimiz, bilmədiyimiz fəlakətlərin xəbərçisidir. Bu təzyiqə məruz qalan hər şey başqa yerdən arzuolunmaz şəkildə təzahür edir".

Milli.Az