Qətər əmiri ilə Zidanın təmasda olduğu üzə çıxdı

5 Mart 2022 09:30

PSJ-nin sahibi Tamim bin Hamed Əl-Tani Zinəddin Zidanla müntəzəm əlaqə saxlayır.

Mənbə iddia edir ki, Hamed Əl-Taninin fransalı mütəxəssislə şəxsi münasibətləri var və Qətərin əmiri Z.Zidana çox yüksək qiymət verir.

Qeyd edək ki, xüsusən Fransa mətbuatında PSJ-nin hazırkı baş məşqçisi Maurisio Poçettinonun istefaya göndəriləcəyi iddia olunur.

Klub rəhbərliyi onun yerinə məhz Zinəddin Zidanın namizədliyini düşünür.

Milli.Az