Salah: “İngilis dilini bilmədiyim üçün...”

5 Mart 2022 08:12

"Liverpul"un misirli hücumçusu Məhəmməd Salah həyatdakı hədəflərindən danışıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, 29 yaşlı futbolçu qeyd edib ki, əsas məsələ insanları xəyal etdiklərinə nail olmaq qabiliyyətinin onlarda olduğuna inandırmaqdır:

"İsveçrəyə gedəndən bəri bunu hədəfləyirdim. İngilis dilini bilmədiyim üçün həyat asan deyildi. Özümdən sual verdim: Digərləri kimi Misirə qayıtmağa dəyərmi, yoxsa qalıb uğur qazanmaq daha yaxşıdır?".

Futbolçu qeyd edib ki, ona uğur qazandıran əsas məqam şəxsi bacarıqları üzərində çalışması olub.

"6-7 il əvvəl Misirdə dünyanın ən yaxşıları ilə rəqabət apara biləcək futbolçumuz olub-olmadığı soruşulsaydı, hamı yox cavabını verərdi. İndi hər şey fərqlidir. Bu mənim həyatda əsas məqsədim olub", - deyə Məhəmməd Salah vurğulayıb.

Milli.Az