Bakıda avtomobil 63 yaşlı kişini vurub

5 Mart 2022 08:57

Bakıda 63 yaşlı kişini avtomobil vurub.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Maştağa-Buzovna dairəsində 1959-cu il təvəllüdlü Hüseynov Məşədiağa Hüseynağa oğlu yolu keçərkən avtomobil onu vurub.

Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Fakt araşdırılır.

Milli.Az