Avropada 200 min insan Ukrayna üçün küçələrə axışdı - FOTO

5 Mart 2022 06:57

"Frankfurt, Praqa, Lion, Tbilisi, Vyana, Bratislava, Vilnüs. Bu gün bu şəhərlərin meydanlarında 200 min insan Ukrayna bayraqları qaldıraraq ölkəmizə dəstək ifadə ediblər".

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmiqal Tvitter hesabında yazıb.

"Dünya, susma! Ukraynaya dəstək olun. Gəlin Rusiyanı birlikdə dayandıraq!", - Baş nazir qeyd edib.

Milli.Az