Ukrayna münaqişəsində qlobal neft qiymətlərinin yüksəlməsi fonunda Hindistan benzin və dizelin qiymətlərini gələn həftə artıracaq.
Milli.Az APA-ya istinadən xəbər verir ki, neft şirkətləri martın 7-də keçiriləcəkləri iclasda bu barədə qərar qəbul edəcək.
Neft ehtiyacının 80%-ni idxal hesabına ödəyən bu ölkədə qiymət artımı noyabrda olmuşdu.
Dövlət neft şirkətləri Hindistan hökumətinə benzin və dizelin qiymətini bir litr üçün 10-12 rupi artırmalı olduqlarını bildiriblər.
Milli.Az