Bakı sakini boynundan bıçaqlanıb

5 Mart 2022 08:38

Bakının Sabunçu rayonunda dava zamanı bir nəfər bıçaqlanıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Sabunçu qəsəbəsində qeydə alınıb.

Belə ki, 1985-ci il təvəllüdlü Hüseynov Seynur Salman oğlu dava zamanı boyun nahiyyəsi və döş qəfəsindən bıçaqlanıb.

Yaralı xəstəxanaya çatdırılıb.

O, cərrahi əməliyyat edilib. Vəziyyəti ağır qiymətləndirilir.

Milli.Az