Kalın Şermanla Ukraynanı müzakirə edib

5 Mart 2022 08:08

Türkiyə Prezidentin sözçüsü İbrahim Kalın və ABŞ dövlət katibinin müavini Vendi Şerman arasında Ankarada görüş baş tutub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, görüş zamanı tərəflər Ukraynadakı müharibənin tez bir zamanda sona çatmasının lazım olduğunu vurğulayıb.

Bundan əlavə, Kalın və Şerman Ukrayna-Rusiya arasında aparılan danışıqların nəticə verməsi üçün birgə səylərin artırılmasını razılaşdırılıb.

Milli.Az