Almaniyada "Tesla" zavodu açılacaq

5 Mart 2022 07:45

"Tesla" şirkəti Berlin yaxınlığında elektrik avtomobillərin istehsalı üzrə zavod açmaq üçün Almaniya hakimiyyətindən rəsmi icazə alıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, zavodun gücü şirkətə ildə 500 min elektromobil istehsal etməyə imkan verəcək. İlk mərhələdə burada Model Y kompakt krossoverləri istehsal olunacaq. Keçən il "Tesla" bu modeldən 1 milyona yaxın avtomobil istehsal edib.

Bu, şirkətin Kaliforniya ştatı Fremont şəhərində və Şanxaydakı zavodlarından sonra üçüncü istehsal müəssisəsidir.

Şirkətin rəhbəri İlon Mask qeyd edib ki, Almaniyadakı müəssisə "Tesla"-ya Avropa bazarında öz payını təmin etməyə imkan verəcək.

Milli.Az