ABŞ Ukraynaya 240 milyonluq silah çatdırdı

4 Mart 2022 21:50

ABŞ-ın Ukraynaya göndərəcəyi 350 milyon dollarlıq silah yardımının 240 milyon dollarlıq hissəsi bu ölkəyə çatdırılıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə Pentaqon məlumat yayıb.

Bildirilib ki, daha 14 ölkə Ukryanaya silah yardımı edib.

Qeyd olunub ki, ABŞ mənşəli silahlar rus ordusunu yavaşladacaq.

Milli.Az