Rusiyalı tennisçi ölkəsinin bayrağını instaqramından sildi - FOTO

4 Mart 2022 19:42

Dünyanın bir nömrəli raketka ustası Daniil Medvedev instaqram hesabından Rusiya bayrağının fotosunu silib. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, rusiyalı tennisçinin profilində bütün məlumatları olduğu kimi qalsa da, bayrağın olmaması ölkəsində birmənalı qarşılanmayıb. 

Azarkeşlər Medvedevin bunu Rusiyanın Ukraynaya hücumundan sonra etdiyini bildiriblər. 

Milli.Az