Azərbaycanda parlament seçkiləri noyabrın 7-də keçiriləcək
6 May 2010 16:18
Bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat xidmətinin rəhbəri Azər Sarıyev məlumat verib. Onun sözlərinə görə, Azərbaycan Konstitusiyasına görə, ölkədə parlament seçkiləri 5 ildən bir, Milli Məclis üzvlərinin səlahiyyət müddəti başa çatdığı ilin noyabr ayının birinci bazar günü keçirilir. Bu il noyabr ayının 1-ci bazar günü isə ayın 7-nə təsadüf edir.
Seçki Məcəlləsinin tələbinə görə, seçki prosesinə səsverməyə ən azı 75 gün qalmış rəsmi start verilir.