Türkiyədə hərbçilər qəzaya uğrayıb, ölən və yaralananlar var

4 Mart 2022 11:16

Türkiyədə hərbçiləri daşıyan avtomobil qəzaya uğrayıb, ölən və xəsarət alanlar var.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Tokat-Niksar magistral yolunda qeydə alınıb.

Qəzaya səbəb yolun buz bağlaması olub. Belə ki, sürücü idarəetməni itirib, avtomobil yol kənarındakı betona çırpılıb.

Qəza nəticəsində, 1 hərbi qulluqçu ölüb, 3 nəfər isə yaralanıb.

Milli.Az