Rusiya bu festivalda da yer almayacaq

4 Mart 2022 10:52

Venesiya kinofestivalının təşkilatçıları bu il Rusiyadan gələn nümayəndə heyətlərinin iştirakını qadağan edəcək.

Milli.Az olay-a istinadən xəbər verir ki, bu barədə "The Hollywood Reporter" xəbər yayıb. Qeyd olunub ki, müstəqil rus rejissorları avqustun 31-dən sentyabrın 10-dək keçiriləcək film icmalında iştirak edə biləcəklər.

Təşkilatçılar bu qərarı Ukraynadakı hərbi əməliyyatlara görə qəbul etdiklərini və bununla da bütün Ukrayna xalqına və onların sənətçilərinə tam dəstəklərini ifadə edirlər.

Milli.Az