Müğənni onu təhdid edən pərəstişkarını məhkəməyə verdi

4 Mart 2022 16:00

Türkiyəli müğənni Tuğba Özerk pərəstişkarından şikayətçi olub.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, müğənni 7 ildir Erol Albalık adlı şəxsin onu narahat etdiyini bildirib.

Özerk həmin şəxsin ondan pul istədiyini və təhdid etdiyini deyib. Hakim araşdırma müddətdində 1 ay uzaqlaşdırma qərarı verib.

Milli.Az