Dağıstan Respublikasının paytaxtı Mahaçqala şəhərində ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Milli.Az "report"-a istinadən bildirir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
Belə ki, avtomobil yolu keçən 1967-ci il təvəllüdlü Əliyev Natiq Əlisafa oğlunu vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol baldır sümüklərinin açıq yerdəyişən qəlpəli sınıqları diaqnozu qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.
Milli.Az