Ukrayna XİN Zaporojye AES-də partlayış riskinə dair bəyanat yayıb

4 Mart 2022 08:26

Ukrayna XİN Zaporojye AES-də yanğın nəticəsində ortaya çıxan partlayış riski ilə bağlı bəyanat yayıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bəyanatda bildirilir ki, yanğına Rusiya qoşununun açdığı atəş səbəb olub.

"Rusiya ordusu Avropanın ən böyük AES-ini hər tərəfdən atəşə tutur. Artıq yanğın başlayıb. Partlayış baş versə Çernobıldakından 10 dəfə böyük olacaq", - deyə xarici işlər naziri Dmitri Kuleba xəbərdarlıq edib.

Milli.Az