Zaporojye AES-də son vəziyyətlə bağlı açıqlama

4 Mart 2022 08:19

Zaporojye AES-də vəziyyət son dərəcə ağır olaraq qalır.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə Zaporojye Regional Dövlət Administrasiyasının rəhbəri Oleksandr Starux feysbuk hesabında yazıb.

"Stansiya rəhbərliyi və şəxsi heyəti fəlakətin qarşısını almaq üçün bütün səylərini əsirgəmir" - Starux bildirib.

Qeyd edək ki, Rusiya hərbçiləri Zaporojye AES-in birinci enerji blokunu atəşə tutub. Atəş nəticəsində çıxan yanğın hələ ki, söndürülməyib.

Milli.Az