Kadırovun göndərdiyi çeçenlerlə AES-də döyüş gedir

4 Mart 2022 08:11

Çeçenistan Prezidenti Ramzan Kadırov tərəfindən döyüşmək üçün Ukraynaya göndərilən çeçen dəstəsinin üzvləri Zaporojye Atom Elektrik Stansiyasına daxil olublar.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə UNİAN-a AES-in işçiləri bildiriblər.

Məlumata görə, hazırda içəridə Milli Qvardiyaçılarla döyüş gedir.

"Onlar AES-i minalayıb bütün Avropanı şantaj etməyi planlaşdırırlar. Eynən Kadırov kimi" - işçilər bildirib.

Milli.Az