Rusiya və Ukrayna arasında danışıqlar nə qədər davam edə bilər?

3 Mart 2022 23:33

Rusiya və Ukrayna nümayəndələri daha bir neçə raund danışıq apara bilər.

Bunu Rusiya nümayəndə heyətinin üzvü, Dumanın beynəlxalq məsələlər komitəsinin sədri Leonid Slutski "Rossiya-24" kanalına bildirib.

"İkinci raundda müzakirə olunan məsələlərin siyasi spektrinə gəlincə, bunlar ehtimal ki daha bir neçə raundda müzakirə ediləcək. Üçüncü raund tezliklə, Belarusda baş tutacaq", - deyə Slutski bildirib.

Slutski əlavə edib ki, bəzi razılaşmaların tezliklə qüvvəyə minməsi üçün parlament diplomatiyasının sürətləndirilməsi vacibdir.

Milli.Az