Dünya Ukrayna üçün hərəkətə keçməsə... - Bennett

4 Mart 2022 02:22

Bunu anlamaq lazımdır ki, dünya liderləri hərəkətə keçməsə, vəziyyət daha da pisləşə bilər.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bunu İsrail Baş naziri Naftali Bennett deyib.

"Mən bənzəri görünməmiş insan tələfatından, Ukraynanın tamamilə məhv edilməsindən, milyonlarla qaçqından danışıram.

Dünyadakı böyük aktorların məsuliyyəti tərəfləri tez bir zamanda döyüş meydanından çıxarıb danışıqlar masası arxasına keçirməkdir", - Bennett bildirib.

Milli.Az