Aktrisa çəkiliş zamanı qolunu sındırdı
6 May 2010 16:23
Milli.Az xəbər portalı Türkiyənin "Milliyət" qəzetinə istinadən xəbər verir ki, serialın meşədə aparılan çəkilişi zamanı təhlükədən qaçan Fulya Zenginerin ayağı sürüşüb və o, yıxılıb. Ona ilk tibbi yardımı filmdəki həmkarları göstəriblər. Sonra aktrisa xəstəxanaya aparılıb və rentgen müayinəsi zamanı sağ qolunun sındığı aşkarlanıb. Fulya Zenginer üç həftə qolu gipsdə gəzəcək.
Milli.Az