Manaf Ağayev azadlığa çıxır

3 Mart 2022 14:06

Manaf Ağayevin azadlığa çıxacağı tarix məlum olub.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, M.Ağayevin həbs müddəti martın 4-də bitir.

Müğənni sabah azadlığa buraxılacaq.

Qeyd edək ki, Manaf Ağayev fevralın 18-də məhkəmənin qərarı ilə 15 sutkalıq inzibati qaydada həbs edilib. Buna səbəb isə müğənninin işğaldan azad edilən Füzuli şəhərinə qanunsuz səfər etməsi olub.

Milli.Az