Rusiyada koronavirusdan ölənlərin sayı 354 011 nəfəri keçdi

3 Mart 2022 15:54

Rusiyada son sutka ərzində daha 93 026 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

Milli.Az APA-ya istinadən bildirir ki, bununla da, Rusiyada COVID-19-a yoluxanların sayı 16 685 850 nəfərə çatıb.

Son sutka ərzində 781 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 354 011 nəfərə çatıb.

Milli.Az