Xalq artisti istefa verdi

3 Mart 2022 15:36

Xalq artisti Pərviz Məmmədrzayev Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetindəki işindən ayrılıb.

Milli.Az olay-a istinadən xəbər verir ki, sənətçi ötən ayın əvvəli ərizə yazaraq universitetin "Dram rejissoru və səhnə plastikası" və "Dram teatrı və kino aktyoru" kafedrasının əvəzçiliklə dosenti vəzifəsindən öz istəyilə gedib. O, universitetdən uzaqlaşma səbəbini işləri ilə əlaqələndirib.

Qeyd edək ki, sənətçi ADMİU-da 2001-ci ildən çalışırdı.

Milli.Az