Xoşqədəmin Lvov planı alt-üst oldu - VİDEO

3 Mart 2022 12:54

"Görürsünüz dünya nə vəziyyətdədir? Ukraynadakı görüntülərə baxdıqca ağlayıram. Oranın elə bir şəhəri, vilayəti, qəsəbəsi olmadı gəzməyim".

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aparıcı Xoşqədəm Hidayətqızı "Səni axtarıram" proqramında deyib. O, Ukraynadakı vəziyyətlə bağlı danışıb:

"Xarkovu, Lvovu görəndə ağladım. Ən sevdiyim şəhərlər idi. Orada 4 axtarışım yekunlaşmışdı. Lvovda gələn aya çəkilişim planlaşdırılmışdı. Orada nə qədər dostlarım var idi: iş adamları, imkanlı insanlar. Hanı o evlər, pullar, mağazalar, mallar, restoranlar?".

Milli.Az