Türkiyədə inflyasiya 50%-i ötüb

3 Mart 2022 14:18

Türkiyədə fevral ayında illik inflyasiya bir ay əvvəlki 48,69%-dən 54,44%-ə yüksəlib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Türkiyənin Statistika İnstitutunun məlumatında deyilir.

"Türkiyədə illik ifadədə inflyasiya fevral ayında sürətlənərək 54,44%-ə çatıb", - məlumatda qeyd olunub.

Eyni zamanda, təkcə fevral ayında Türkiyədə istehlak qiymətlərinin artımı 4,81% təşkil edib.

Milli.Az