"Atletiko"nun məşhur futbolçusu bu kluba keçdi

3 Mart 2022 16:54

"Atletiko"nun futbolçusu Hektor Herrera ABŞ klubuna keçib.

Milli.Az offsideplus.az-a istinadən xəbərt verir ki,31 yaşlı orta sahə oyunçusu MLS təmsilçisi "Hyuston Dinamo" ilə anlaşıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Onunla 3 illik sözləşmə bağlanılıb. O, yeni komandasına yayda qoşulacaq.

Qeyd edək ki, 2019-cu ildən "matrasçılar"ın şərəfini qoruyan Meksika millisinin üzvü bu mövsüm 20 rəsmi oyunda meydana çıxıb.

Milli.Az