Amerikanın TV ulduzu Kim Kardaşyan və repçi Kanye Uest boşanıb.
Milli.Az olay-a istinadən xəbər verir ki, hakim nikahın vaxtından əvvəl etibarsız sayılması, sonra isə əmlak bölgüsünə davam edilməsi vəsatəti ilə televiziya ulduzunun iddiasını təmin edib.
Kim həmçinin keçmiş həyat yoldaşının soyadından (rəsmi sənədlərdə Kim Kardaşyan Uest) imtina etmək qərarına gəlib. Bununla da, cütlük şəxsi münasibətlərinə birdəfəlik son qoyub.
Milli.Az