Müğənni İradə İbrahimova sosial şəbəkədə Ukrayna ilə bağlı paylaşım edib.
Milli.Az baku.ws-ə istinadən xəbər verir ki, sənətçi instaqram hesabında Ukraynadakı müharibədən foto yayımlayıb. Şəkildə təcili yardımda yaralanan uşaq görüntüsü yer alıb.
İbrahimova ürək ağrısı ilə fotoya "Nə yazacağımı bilmirəm! Yaşatdığınızı yaşayın!" şərhini də əlavə edib.
Bununla da ifaçı, Rusiyanın Ukraynaya işğalçı müdaxiləsini şiddətlə qınayıb.
Milli.Az