Xarkov yenə vuruldu, 8 dinc sakin öldü - VİDEO

3 Mart 2022 11:18

Ukraynanın Xarkov vilayətinin İzyum şəhərində çoxmərtəbəli binaya və bir yaşayış evinə aviazərbə endirilib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə məlumatı İzyum şəhərinin merinin müavini Vladimir Maçokin açıqlayıb.

Onun sözlərinə görə, hadisə martın 2-dən 3-nə keçən gecə baş verib.

Bildirilir ki, zərbə nəticəsində evdə olan 8 nəfər həlak olub. Onlardan 2-si uşaqdır. Sosial şəbəkələrdə hadisənin videogörüntüləri yayılıb.

Milli.Az