“Bu, Vətən Müharibəsidir” - Zelenski

3 Mart 2022 08:14

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə davam etməkdə olan müharibəni Vətən Müharibəsi adlandırıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, o, bu barədə xalqa müraciətində bildirib:

"Biz ukraynalılar üçün bu, Vətən Müharibəsidir. Bu cür müharibələrin necə başladığını xatırlayırıq. Və biz onların işğalçılar üçün necə bitdiyini bilirik. Hara getsələr, hər yerdə məhv olacaqlar. İşğalçılar ukraynalılardan cavab alacaqlar".

Milli.Az