Bakıda sərxoş piyadanı avtomobil vurub

3 Mart 2022 08:33

Bakının Xəzər rayonunda yol qəzası zamanı bir nəfər xəsarət alıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Qala qəsəbəsində baş verib.

1978-ci il təvəllüdlü Cəfər Cəfərov sərxoş halda yolu keçmək istəyib. Yolun piyadalar üçün müəyyən edilməmiş hissəsindən keçmək istəyərkən onu minik avtomobili vurub.

Yaralı xəstəxanaya çatdırılıb.

Milli.Az