Suriya hakimiyyəti zor tətbiqini dayandırmağa razılıq verdi

12 Mart 2012 18:03
Milli.Az-ın RİA "Novosti"yə istinadən verdiyi məlumata görə, bunu Suriyanın Rusiyadakı səfiri Riad Haddad bildirib. "Biz bu planı qəbul etməyə, zorakılığa son qoymağa, problemin həlli üçün ilkin şərtlər irəli sürülmədən danışıqlara başlamağa hazırıq", - deyə diplomat qeyd edib.

Səfir onu da bildirib ki, müxalifətin prezident Bəşər Əsədin istefasını tələb etməsi isə "dialoqun başlanması üçün ilkin şərtdir". Haddadın sözündən belə çıxıb ki, müxalifət Əsədin istefası tələbindən imtina etməlidir.

Milli.Az