Rusiya Ukrayna ilə müharibədə ilk dəfə itkilərinin sayını açıqlayıb

2 Mart 2022 21:05

Rusiya Müdafiə Nazirliyi Ukraynada gedən hərbi əməliyatlarda həlak olan hərbçilərinin sayını açıqlayıb.

Milli.Az bildirir ki, APA-nın Rusiya Müdafiə Nazirliyinə istinadən verdiyi məlumata görə, Ukraynadakı hərbi əməliyyatlarda indiyə kimi Rusiya tərəfindən 498 nəfər həlak olub, 1597 nəfər isə yaralanıb.

Rusiya MN Ukrayna tərəfinin isə əməliyyatlarda 2870-dən çox itki verdiyini açıqlayıb.

Milli.Az